Nəzarətsiz qalan mobil telefonları oğurlayan şəxs saxlanıldı

19:31 - 14 Yanvar 2026

Nəzarətsiz qalan mobil telefonları oğurlayan şəxs saxlanıldı

Bakının Nəsimi rayon sakini olan üç nəfər polisə müraciət edərək mobil telefonlarının naməlum şəraitdə oğurlandığını bildiriblər. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə cinayət əməllərini törətməkdə şübhəli bilinən 40 yaşlı İ.Ələkbərov müəyyən olunaraq saxlanılıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Manset.az-a verilən məlumata görə, araşdırmalar nəticəsində məlum olub ki, həmin şəxs zərərçəkənlərin restoran, klinika və parkda nəzarətsiz qoyduqları mobil telefonlarını talayıb. Həmçinin İ.Ələkbərov ifadəsində daha bir paytaxt sakininin də telefonunu oğurladığını etiraf edib.

Polis əməkdaşları tərəfindən Sumqayıt şəhərində keçirilən tədbir zamanı isə marketlərin birindən oğurluq etməkdə şübhəli bilinən 55 yaşlı M.Hüseynxanov da saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az