Tovuzda 1976-cı il təvəllüdlü Ç.Axundov yaşadığı Aşağı Öysüzlü kəndindəki su kanalına düşüb.
Manset.az APA-ya istinadən xəbər verir ki, 49 yaşlı kişi hadisə yerində həyatını itirib.
Məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.