Avtomobillə avtobus toqquşdu - 3 qadın yaralandı

16:26 - 17 Yanvar 2026

Avtomobillə avtobus toqquşdu - 3 qadın yaralandı

Naxçıvan şəhərində minik avtomobili ilə avtobusun toqquşması nəticəsində üç nəfər xəsarət alıb.


Manset.az Report-a istinadən xəbər verir ki, Naxçıvan şəhərinin Xətai məhəlləsində baş verən qəzada "KIA" markalı avtomobillə 9 nömrəli şəhərdaxili marşrut avtobusu toqquşub.

Qəza zamanı Naxçıvan şəhər sakinləri - 1987-ci il təvəllüdlü Təhminə Qəhraman qızı Abdullayeva, 1987-ci il təvəllüdlü Lamiyə Rüfət qızı Qafarova və 1981-ci il təvəllüdlü Vəfa Hüseyn qızı Vəliyeva xəsarət alıblar.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının təcili yardım şöbəsinə yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakt araşdırılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az