Biznes qurmaq adı altında 24 min manatlıq dələduzluq etdi - Saxlanıldı

17:58 - 17 Yanvar 2026

Biznes qurmaq adı altında 24 min manatlıq dələduzluq etdi - Saxlanıldı

Sumqayıt şəhərində biznes qurmaq adı altında 24 min manatlıq dələduzluq edən şəxs saxlanılıb.


Bu barədə Manset.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 42 yaşlı İ.Quliyev saxlanılıb. Ondan psixotrop maddə olan metamfetamin də aşkarlanıb.

Araşdırma zamanı İ.Quliyevin zərərçəkənə birgə biznes qurmaq vədi verərək onun qızıl-zinət əşyalarını satdığı və pulu ələ keçirdiyi məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az