Qubada evin həyətindən kişi meyiti tapılıb.
Manset.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Xaruşa kəndində baş verib.
Kənd sakini 37 yaşlı Samir Ehtibar oğlu Babayevin meyiti yaşadığı evin həyətində aşkarlanıb. Onun hansı səbəblə öldüyü bilinmir.
Araşdırma aparılır.