Qaxda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayon ərazisində qeydə alınıb.
Belə ki, “VAZ-2104” markalı minik avtomobili ilə motosikletin toqquşması nəticəsində motosikletin sürücüsü, Qaxbaş kənd sakini, 1995-ci il təvəllüdlü Nail Tahir oğlu Bayramov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı dərhal Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq, həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.