“Mercedes” daş hasara çırpıldı - Ölən və yaralanan var 

14:12 - 09 Mart 2026

“Mercedes” daş hasara çırpıldı - Ölən və yaralanan var 

Masallıda ölümlə nəticələnən yol qəzası baş verib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Mahmudavar kəndində qeydə alınıb.

Belə ki, rayon sakini 2005-ci il təvəllüdlü Orxan Zamanovun idarə etdiyi “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı daş hasara çırpılıb.

Nəticədə sürücü hadisə yerində ölüb. Avtomobildə olan sərnişin 2006-cı il təvəllüdlü Kənan Rufullayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az