Bakı–Qazax yolunun Göygöl rayonu, Üçtəpə kəndi ərazisində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Manset.az Qafqazinfo.az-istinadən xəbər verir ki, hərəkətdə olan “KamAZ” markalı yük avtomobilinin qarşısına piyada çıxıb.
O, qəzanın baş verməməsi üçün hadisədən yayınmağa çalışarkən aşıb.
Bu zaman yoldan keçən digər minik avtomobili həmin piyadanı vurub.
O, ağır xəsarət alaraq Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Hazırda hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.