Gəncədə qəzada yaralananların sayı 7-yə çatdı - YENİLƏNİB

21:59 - 09 Mart 2026

Gəncədə qəzada yaralananların sayı 7-yə çatdı - YENİLƏNİB

Gəncədə baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların sayı 7 nəfərə çatıb.


Manset.az APA-ya istinadən xəbər verir ki, iki minik avtomobilinin toqquşması nəticəsində 2009-cu il təvəllüdlü Ə.Bağırov, 2007-ci il təvəllüdlü İ.Yusibov, 1975-ci il təvəllüdlü A.Musazadə, 2009-cu il təvəllüdlü N.Musazadə, 2006-cı il təvəllüdlü A.Rəhimov, 2011-ci il təvəllüdlü A.Musazadə və 1977-ci il təvəllüdlü V.Həsənova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

    Yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

    ***

    15:55

    Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.


    Manset.az xəbər verir ki, qəza şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

    Belə ki, hərəkətdə olan "Hyundai "ilə "VAZ 21010" markalı minik maşınları toqquşub. Qəza zamanı bir neçə nəfər xəsarət alıb.

    Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az