Şərurda avtomobilini yandıran sərxoş sürücü saxlanılıb.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Şərur rayonu ərazisində “Kia” markalı avtomobilini sərxoş vəziyyətdə yandıran Faiq Abbasov polis əməkdaşları tərəfindən həbs edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
İstintaq araşdırmaları davam etdirilir.