Qaxda canavarlar 5 baş qoyunu PARÇALADI

20:21 - 28 Aprel 2026

Qaxda canavarlar 5 baş qoyunu PARÇALADI

Qaxda canavarlar qoyun sürüsünə hücum edərək 5 baş qoyunu parçalayıb.


Manset.az Report-a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında, rayonun Meşəbaş kəndi ərazisində qeydə alınıb.

Qax şəhər sakini Elşən Omarov otlaq ərazisində qardaşına məxsus qoyunları otararkən 3 baş canavar sürüyə hücum edib. Canavarlar 3 baş qoyunu aparıb, 2 qoyunu isə parçalayaraq tələf ediblər.

Zərərçəkmişlərin sözlərinə görə, bu hal birinci dəfə baş vermir. Əvvəlki illərdə də canavarlar onlara ziyan vurub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az