Bakıda 19 yaşlı oğlanla 14 yaşlı qız dəm qazından zəhərləndi 

11:50 - 29 Aprel 2026

Bakıda 19 yaşlı oğlanla 14 yaşlı qız dəm qazından zəhərləndi 

Bakıda iki nəfər evdə dəm qazından zəhərlənib.


Report-a istinadən xəbər verir ki, Ağdaş rayon sakini 2007-ci il təvəllüdlü Yusuf Mehmet oğlu Atalay və Yevlax rayon sakini 2012-ci il təvəllüdlü Təranə Mədxun qızı Bəkirova kirayədə yaşadıqları Xətai rayonu R.Bağırov küçəsi ev 30-un hamam otağında dəm qazından zəhərləniblər.

Y.Atalay hadisə yerində ölüb, T.Bəkirova xəstəxanaya yerləşdirilmiş, vəziyyəti ağırdır.

Faktla bağlı rayon prokurorluğunda araşdırmalar aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az