Bu gün saat 06:10 radələrində Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 7 nəfər (1-i kişi, 6-sı qadın) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Manset.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib. Qeyd olunub ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.
Xəsarət alan şəxslərdən birinin müalicəsi Cərrahiyyə şöbəsində, 4 nəfərin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir. 2 nəfər ambulator müalicə üçün evə buraxılıb.
***
10.10
Goranboyda baş verən yol qəzasında 8 nəfər xəsarət alıb.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə səhər saatlarında Goranboy-Borsunlu-Gəncə magistral yolunda qeydə alınıb. Rayonun Veyisli kənd sakini 1986-ci il təvəllüdlü X.Cəfərovun idarə etdiyi "Ford Fusion" markalı minik avtomobili ilə Balakürd kənd sakini, 1990-cı il təvəllüdlü A.Nəbiyevin idarə etdiyi "QAZel" markalı mikroavtobus toqquşub.
Qəzada xəsarət alanların Goranboy sakinləri olduğu bildirilir.
Araşdırma aparılır.