logo
logo logo
logo

Cəlilabadda 15 yaşlı oğlan qadını qətlə yetirdi

18:44 - 03 İyun 2026

Cəlilabadda 15 yaşlı oğlan qadını qətlə yetirdi

15 yaşlı yeniyetmə yaxın qohumunu qətlə yetirib.


Manset.az xəbər verir ki, Cəlilabadda 15 yaşlı yeniyetmə dayısının həyat yoldaşını qətlə yetirib. Hadisə, şəhərin Məhəmməd Hadi küçəsində qeydə alınıb. Belə ki, 15 yaşlı Anar Əzizov  dayısının həyat yoldaşı 27 yaşlı Səidə Cəfərovaya müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Nəticədə qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Hadisədən sonra qətli törətməkdə şübhəli yeniyetmə ərazidən uzaqlaşaraq qaçıb. Onu örüş sahəsi istiqamətində hərəkət edərkən çobanlar görüb.

Yaxınlarının deməsinə görə yeniyetmənin psixoloji problemləri olub. Onun ailəsi uzun müddətdir Rusiya Federasiyasının Yekaterinburq şəhərində yaşayır. O, bir müddət əvvəl babası tərəfindən yaxın qohumlarının yaşadığı Cəlilabad rayonuna gətirilib.

Hadisənin isə Anarın anasının Səidənin iki azyaşlı övladını baxçadan götürmək üçün evdən çıxdığı vaxtdan sonra baş verdiyi deyilir.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən yeniyetmənin tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Nuranə Alisoy



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az