Daha bir vətəndaşımız minaya düşdü

21:33 - 18 Yanvar 2022

Daha bir vətəndaşımız minaya düşdü

Goranboyun gənc sakini minaya düşüb.

Manset.az xəbər verir ki, hadisə Tap Qaraqoyunlu kəndində baş verib.

Belə ki, kəndin 26 yaşlı sakini Məmmədov Vüqar Maqsud oğlu minaya düşüb. Yaralı Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdilib, onun sol ayağı amputasiya olunub.

V.Məmmədovun vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, hadisə o, qoyun otaran zaman baş verib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az