Cəlilabadda 10 yaşlı uşağı avtomobil Vurdu

21:43 - 18 Yanvar 2022

Cəlilabadda 10 yaşlı uşağı avtomobil Vurdu

Cəlilabadda 10 yaşlı uşağı avtomobil vurub.

Manşet.az xəbər verir ki,  hadisə rayonun mərkəzi ərazisində qeydə alınıb. Avtomobil yolu keçən 2012-ci il təvəllüdlü Mirzəyeva Nərmin Elməddin qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması, baş-beyinin əziyi və sağ təpə gicgah nahiyəsinin sınığı diaqnozları qoyulub. Yaralının vəziyyəti ağır olduğundan o reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az