Cəlilabadda avtomobil yanıb.
Manset.az-ın verdiyi xəbərə görə Cəlilabad rayonunun Cəfərli kəndində hərəkətdə olan "VAZ-2106" markalı avtomobil yanıb. Avtomobil Abdullu kənd sakini Mübariz Əbiş oğluna Zamanova məxsus olub. İlkin ehtimala görə, yanğına avtomobildə baş verən qısaqapanma səbəb olub.
Hadisə yerinə iki yanğınsöndürən avtomobil cəlb edilib. Yanğın söndürülsə də, avtomobil tamamilə yanaraq yararsız vəziyyətə düşüb.
Faktla bağlı araşdırma aparılır.