Tovuzda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, “Chevrolet” və “Mercedes” markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirindən avtomobillərdən biri yol kənarında dayanan “Opel” və VAZ-2106 markalı avtomobillərə çırpılıb.
Zəncirvari qəza nəticəsində “Mercedes”in sürücüsü, 2004-cü il təvəllüdlü Ə. Qasımov ağır xəsarət alıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.