Gəncə sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Manşet.az xəbər verir ki, hadisə şəhərin Azərbaycan Bayrağı küçəsində qeyd alınıb.
İlkin məlumata görə, 1935-ci il təvəllüdlü Məhərrəm Rəsulov yaşadığı evin vanna otağında yıxılıb. Nəticədə o, dünyasını dəyişib.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə verilib.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma başlanılıb.
baku.ws