logo
logo logo
logo

Ağsuda 40 yaşlı kişi qayınanasını döydü 

13:15 - 06 Oktyabr 2026

Ağsuda 40 yaşlı kişi qayınanasını döydü 

Ağsuda kişi qayınanasını döyüb.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Ağsu şəhəri ərazisində baş verib.

Şəhər sakini, 1986-cı il təvəllüdlü İslam Azadov (ad və soyad şərtidir - red.) evində həyat yoldaşı ilə mübahisə edib. Həyat yoldaşı anasına zəng vuraraq İslamın evdə dava saldığını bildirib. Qadın gecə vaxtı onlara gələrək, kürəkəni ilə mübahisə edib və qızını da götürüb öz evinə aparmaq istəyib. Kürəkənini söyən qayınana bununla sakitləşməyib, İslamın həyətində olan avtomobilinə bir neçə təpik vuraraq, avtomobili əzib. Bundan əsəbiləşən İslam qayınanasını yumruq zərbələri ilə döyüb.

Hadisə yerinə polis əməkdaşları gəliblər, faktla bağlı protokol imzalayaraq məhkəməyə göndərib. Məhkəmə prosesində tərəflər arasında barışıq elan olunub və inzibati xəta haqqında işə xitam verilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az