Keçmiş polis işçisinin maşınına atəş açdılar - Bakıda ŞOK HADİSƏ

14:29 - 25 Yanvar 2022

Keçmiş polis işçisinin maşınına atəş açdılar - Bakıda ŞOK HADİSƏ

Bakıda bir neçə gün öncə silahlı hücuma məruz qalan şəxsin keçmiş polis əməkdaşı olduğu məlum olub.

Yanvarın 20-si axşam saat 18 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində naməlum şəxs qəsəbə sakini Tərlan Namazovun idarə etdiyi “Pajero” markalı avtomobilə odlu silahdan atəş açıb.

Məlum olub ki, Tərlan Namazov keçmiş polis əməkdaşıdır. Daha öncə xidmətdə yol verdiyi nöqsanlara görə daxili işlər orqanlarından xaric olunub.

Manset.az xəbər verir ki, hazırda cinayəti törədən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində intensiv əməliyyat-axtarış tədbirləri davam etdirilir./Qafqazinfo


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az