Abşeronda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az-ın report-a istinadən məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1983-cü il təvəllüdlü Qasımov Kamran Mürsəl oğlu xəsarət alıb.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır.