Cəlilabadda ağır yol qəzası baş verib.
Manset.az xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, "VAZ-21099" markalı avtomobili ötmək istəyən "Toyota Prius" markalı nəqliyyat vasitəsi, əməliyyatı düzgün yerinə yetirə bilməməsi səbəbindən "Toyota Prius" əvvəlcə "VAZ-21099"a dəyib.
Zərbənin təsirindən idarəetməni itirən avtomobil daha sonra qarşı tərəfdən gələn "VAZ-2107" markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Bunlar 1960-ci il təvəllüdlü Beytulla Mirzəyev, 2021-ci il təvəllüdlü S. Diniyev və K. Diniyevdir. Yaralılar xəstəxanaya hospitalizasiya olunublar.
Qəzanın təfərrüatları ilə bağlı araşdırma aparılır.