Qobustan rayonunun Cəngi kəndində “Mercedes” və “KİA” markalı iki minik avtomobili toqquşub.
Manset.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, nəticədə yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yanğın nəticəsində “KİA” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın söndürülüb.