ŞOK HADİSƏ:Azərbaycanda tibb bacısı özünü üçüncü mərtəbədən atdı - SƏBƏB

22:48 - 29 Mart 2022

ŞOK HADİSƏ:Azərbaycanda tibb bacısı özünü üçüncü mərtəbədən atdı - SƏBƏB

Gəncədə intihara cəhd olub.

Manşet.az xəbər verir ki, hadisə Gəncədə yerləşən Abbas Səhhət adına şəhər xəstəxanasının II Terapiya şöbəsində baş verib.

Məlumata görə, şöbədə işləyən 21 yaşlı tibb bacısı G.M özünü üçüncü mərtəbədən atıb. O, dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.

İntihara cəhdin dəqiq səbəbi bilinməsə də 21 yaşlı qızın ailə münaqişəsi səbəbindən bu addımı atdığı bildirilir. Qeyd olunub ki, aprel ayında gənc qızın toyu olacaq.

Faktla bağlı araşdırma aparılır.

Qafqazinfo


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az