Bakıda özünü binadan atan qız öldü

12:06 - 05 Aprel 2022

Bakıda özünü binadan atan qız öldü

Dörd gün əvvəl Bakıda özünü binadan atan 15 yaşlı (22.11.2006) qız ölüb.

 

Manset.az qafqazinfo-ya istinadən xəbər verir ki, S.İ yerləşdirildiyi Kliniki Tibbi Mərkəzdə vəfat edib.

Qeyd edək ki, hadisə Nəsimi rayonu Asif Məhərrəmov küçəsi 52 ünvanında baş verib. Açıq kəllə-beyin travması diaqnozu qoyulan yeniyetmənin vəziyyəti ağır olub və intubasiya vasitəsilə nəfəs alıb.

Onun hadisənin baş verdiyi binada anası ilə birlikdə kirayədə yaşadığı bildirilib.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az