Cəlilabad rayonunda avtomobil qəzası baş verib.
Manset.az xəbər verir ki, hadisə köhnə Bakı-Astara yolunun rayonun Qarazəncir kəndindən keçən hissəsində baş verib.
Belə ki, yolayrıcında "Vaz 2115" markalı minik avtomobili ilə "İveko" markalı yük avtomobili toqquşub.
Qəzada xəsarət alan minik avtomobilinin sürücüsü Cəlilabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.