Bəzi ərazilərdə işıq olmayacaq - XƏBƏRDARLIQ

23:16 - 06 Fevral 2026

Bəzi ərazilərdə işıq olmayacaq - XƏBƏRDARLIQ

Biləsuvar şəhərinin bəzi ərazilərinin elektrik enerjisi verlişində fasilə yaranacaq.


Manset.az xəbər verir ki, fevralın 7-də Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq "Biləsuvar" yarımstansiyasından qidalanan 10 kV-luq 11 saylı hava xəttində təmir və xətt boyunca ağac budanması işləri həyata keçiriləcək.

Bununla əlaqədar olaraq saat 11:00-dan 13:00-dək şəhər ərazisində Mübariz İbrahimov, Nizami, Mirzə Ələkbər Sabir, Tofiq İsmayılov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir və ağac budanması işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az