Novxanı çimərliyində 12 yaşlı yeniyetmə batdı -  FOTOLAR

09:45 - 22 İyul 2021

Novxanı çimərliyində 12 yaşlı yeniyetmə batdı -  FOTOLAR

Xəzər dənizində 12 yaşlı yeniyetmə batıb.

Manset.az report-a istinadən xəbər verir ki, hadisə Abşeron rayonundakı Novxanı çimərliyində qeydə alınıb.

Belə ki, valideyn nəzarətindən yayınan 2007-ci il təvəllüdlü Bayram Kərimli qadağan olunmuş ərazidə çimərkən boğulub.

Ətrafdakı insanlar onun meyitini sudan çıxarıb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv