BDU-nun tələbəsi faciəvi şəkildə öldü - FOTO

10:28 - 06 İyun 2022

BDU-nun tələbəsi faciəvi şəkildə öldü - FOTO

BDU-nun SABAH qruplarının IV kurs Coğrafiya müəllimliyi ixtisasında təhsil alan Ata Şahin oğlu Əliyev avtoqəza nəticəsində dünyasını dəyişib.

 

Manset.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə universitetin mətbuat katibi Kəmalə Namazova bildirib.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi də açıqlama yayıb. Nazirliyin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, iyunun 5-i günorta saatlarında İsmayıllı rayonu Hacıhətəmli kəndi ərazisində 2000-ci il təvəllüdlü Ata Əliyevin idarə etdiyi traktor yoldan çıxaraq dərəyə aşıb.

Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb, traktorda olan sərnişin, Hacıhətəmli kənd sakini Əfqan Əhmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az