Bakıda dustaq məhkəmədən qaçıb.
Manset.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi özəl məlumata görə, iyulun 20-də Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitəsinin daşınmasına görə saxlanılan şəxs bir gün sonra qaçıb.
1976-cı il təvəllüdlü Tərlan Həsənov barəsində verilən sanksiyaya baxılması üçün iyulun 21-də Suraxanı Rayon Məhkəməsinə gətirilib.
O, prosesdən öncə məhkəmə zalında polislərin başının qarışmasından və nəzarətsiz qalmasından istifadə edərək qaçıb.