İsrailin Baş naziri Benyamin Netanyahu gələn həftə ABŞ-a səfər edəcək.
Manset.az xəbər verir ki, bu barədə İsrail hökumət başçısının ofisi məlumat yayıb.
Məlumata görə, fevralın 11-də Vaşinqtonda Netanyahu ilə ABŞ prezidenti Donald Tramp arasında görüşün keçirilməsi gözlənilir.
Görüşün əsas mövzusu ABŞ ilə İran arasında aparılan danışıqlar olacaq.