Bakıda axtarışda olan şəxs "Maşın bazarı"nda özünü partlatdı - Polislər xəsarət aldı

20:29 - 27 İyul 2021

Bakıda axtarışda olan şəxs \"Maşın bazarı\"nda özünü partlatdı - Polislər xəsarət aldı

Azərbaycanda axtarışda olan şəxs özünü qumbara ilə partladıb.

Manset.az xəbər verir ki, bu barədə Musavat.com-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, Səbail rayonu, “Maşın bazarı” adlanan ərazidə axtarışda olan şəxs özünü qumbara ilə partladıb.

Hadisə zamanı onu zərərsizləşdirmək istəyən 3 polis əməkdaşı xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

****

Bakıda özünü qumbara ilə partladan şəxsin kimliyi məlum olub.

"Report"un əldə etdiyi məlumata görə, həmin şəxs Mingəçevir şəhər sakini Museyb Ələsgərovdur.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv