Samux rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Manset.az-ın məlumatına görə, hadisə Çobanabdallı kəndində baş verib. Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi bölməsinin əməkdaşları cəlb olunub. İlkin məlumata görə, qəza nəticəsində 1 nəfər xəsarət alıb.
Qəzanın başvermə səbəbləri araşdırılır.