Azərbaycanda 2 maşın toqquşdu - Xəsarət alanlar var

13:11 - 03 Avqust 2022

Azərbaycanda 2 maşın toqquşdu - Xəsarət alanlar var

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az-ın APA-ya istinadla məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “QAZel” markalı yük maşını ilə VAZ-2107 markalı minik avtomobili toqquşub. Bundan sonra yük maşını aşıb.

Qəza nəticəsində üç nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az