“Range Rover” piyadanı vurub ÖLDÜRDÜ

22:11 - 01 Sentyabr 2022

“Range Rover” piyadanı vurub ÖLDÜRDÜ

Xəzər rayonu Buzovna qəsəbəsində yolu keçmək istəyən piyadanı maşın vurub.

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, avqustun 31-də Rüstəmov Fazil Şahbaz oğlu idarə etdiyi “Range Rover” avtomobillə Bakı şəhəri, Xəzər rayonu Buzovna qəsəbəsi Buzovna -Zaqulba yolunda hərəkətdə olan zaman yolu sağdan sola keçən piyada 1956-cı il təvəllüdlü Süleymanov Allahyar Baxış oğlunu avtomobilin qabaq hissəsi ilə vurub. Nəticədə piyada aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı Xəzər rayon polis idarəsinin istintaq şöbəsində cinayət işi başlanaraq istintaq davam etdirilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az