Azərbaycanda “Azərişıq” ASC-nin 9250 manatlıq naqili oğurlandı

15:47 - 22 Noyabr 2022

Azərbaycanda “Azərişıq” ASC-nin 9250 manatlıq naqili oğurlandı

“Azərişıq” ASC-yə məxsus 9250 manatlıq naqil oğurlanıb.

 

Bu barədə Manset.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 20-də Beçtalı kəndi ərazisində “Azərişıq” ASC-yə məxsus 9250 manat dəyərində 2500 metr naqil oğurlamaqda şübhəli bilinən kənd sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Şahlar Əhmədov saxlanılıb, bir nəfərin isə şəxsiyyəti müəyyən olunub.

Araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az