"Barselona" Ramazan ayında oruc tutacaq gənc ulduzu Lamine Yamal üçün xüsusi bir qidalanma proqramı hazırlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, klubun texniki və sağlamlıq komandası oyunçunun fiziki performansını qorumaq üçün ətraflı bir qidalanma və məşq proqramı tərtib edib.
Oyunçunun treninq tempi, maye balansı və bərpa prosesi yaxından izlənəcək.