Həyat yoldaşını bıçaqladı: döyüb xəstəxanalıq etdilər

22:35 - 22 Noyabr 2022

Həyat yoldaşını bıçaqladı: döyüb xəstəxanalıq etdilər

Gədəbəydə 1963-cü il təvəllüdlü Mehri Cəfərovanı bıçaqlamaqda şübhəli bilinən şəxs döyülərək xəstəxanalıq olub.

 

Manset.az Report-a istinadən xəbər verir ki, Düzyurd kəndində həyat yoldaşını bıçaqlamaqda şübhəli bilinən 1959-cu il təvəllüdlü Vaqif Valeh oğlu Cəfərov naməlum şəxs və ya şəxslər tərəfindən döyülərək müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Onun vəziyyəti kafi qiymətləndirilir.

Qeyd edək ki, V.Cəfərov həyat yoldaşı, 1963-cü il təvəllüdlü M.Cəfərovanı boynundan bıçaqlayaraq ona xəsarət yetirməkdə şübhəli bilinir.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az