Məclisə girib masaları çevirdilər - Bakıda toyda insident

09:51 - 23 Noyabr 2022

Məclisə girib masaları çevirdilər - Bakıda toyda insident

Bakının Binə qəsəbəsində yerləşən şadlıq sarayında keçirilən toy mərasimində insident baş verib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə noyabrın 19-da, axşam saat 22 radələrində qeydə alınıb. Qəsəbədəki şadlıq evində keçirilən toy mərasimi zamanı 2 nəfər mərasimə müdaxilə edib. Belə ki, 1995-ci il təvəllüdlü V.Abdullayev və həmyaşıdı N.Quliyev masaları çevirərək qab-qacaqları sındırmağa başlayıblar. Onların bu əməlindən sonra toy vaxtından əvvəl başa çatdırılıb.

Şadlıq evinin sahibi, 1971-ci il təvəllüdlü X.Baxşıyev baş vermiş hadisə və ona dəymiş ziyanla bağlı ərazi üzrə polis şöbəsinə müraciət edib.

Müraciətlə bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az