Gəncədə dəm qazından zəhərlənən uşaqların vəziyyəti açıqlanıb.
Manset.az xəbər verir ki ,Gəncə Şəhər 2 nömrəli uşaq xəstəxanasının təcili yardım şöbəsinin həkim-pediatırı Gülmira Alıyeva bildirib ki, yaralı vəziyyətdə olan uşaqlardan biri ölüb, birinin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta-ağır olaraq qiymətləndirilir.
O, xəstələrin vəziyyəti ilə bağlı məlumat verib:
“Dəm qazından zəhərlənən şəxslər 18:30 radələrində xəstəxanaya daxil olublar, onlar iki ailə idilər. 2021-ci il təvəllüdlü Zəhra Musayeva xəstəxanaya daxil olarkən onun öldüyü bilinib. Digər 3 uşağa Musayeva Zeynəb Rəsul qızı- 2015, Musayeva Dərya Tural qızı- 2018, Musayeva Fatimə Tural qızı- 2019) ilkin tibbi yardım göstərilib. Onlar hazırda şöbədə yerləşdiriliblər.
İlkin diaqnoz dəm qazından zəhərlənmədir. Onlardan ikisinin vəziyyəti orta-ağırdır, birinin isə ağır olaraq qiymətləndirilir. Valideynlərdə zəhərlənmə faktı yoxdur”.
***
Gəncə şəhərində 4 nəfər mənzildə dəm qazından zəhərlənib, onlardan biri ölüb.
Manset.az xəbər verir ki, 2000-ci il təvəllüdlü Musayeva Zəhra Rəsul qızı xəstəxanaya aparılsa da, dünyasını dəyişdiyi məlum olub.
Bildirilib ki, 2015-ci il təvəllüdlü Musayeva Zeynəb Rəsul qızı, 2018-ci il təvəllüdlü Musayeva Dərya Tural qızı və 2019-cu il təvəllüdlü Musayeva Fatimə Tural qızı Gəncə şəhər 2 saylı Birləşmiş Uşaq Xəstəxanasına yerləşdirilib, vəziyyətləri kafi və orta ağır olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.