Bakıda motosikletçi işıqforun qırmızı işığından keçərək qəza törətdi - FOTOLAR

09:26 - 25 Noyabr 2022

Bakıda motosikletçi işıqforun qırmızı işığından keçərək qəza törətdi - FOTOLAR

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, qəza Mehdi Mehdizadə ilə Yusif Səfərov küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, motosikletin sürücüsü işıqforun qırmızı işığında keçən zaman “Nissan” markalı avtomobillə toqquşub.

Zərbənin gücündən motosikletçi yıxılaraq başından ağır xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktı Xətai Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az