Azərbaycanda sərnişin avtobusu minik maşını ilə toqquşdü - Yaralılar var

14:04 - 26 Noyabr 2022

Azərbaycanda sərnişin avtobusu minik maşını ilə toqquşdü - Yaralılar var

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun Manset.az-a verdiyi məlumata görə, hadisə rayonun 5-ci küçəsində qeydə alınıb.

Sərnişin avtobusu ilə “Mercedes” markalı minik maşını toqquşub.

Hadisə yerinə Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları gəliblər.

Sərnişinlərdən altı nəfəri - 1965-il təvəllüdlü Cümşüd Mustafayev, Eşqin Məmmədov (1995), Nazilə Eminova (1981), Əli Quliyev (1959), Xədicə Abdulayeva (1959) və Nüşabə Qasımova (1959) - xəstəxanaya aparılıb.

Onların xəsarətləri ciddi deyil, ilkin tibbi yardımdan sonra evə buraxılacaqlar.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az