Şəmkir sakini qardaşını bıçaqladı

09:54 - 30 Noyabr 2022

Şəmkir sakini qardaşını bıçaqladı

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

 

Manset.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb.

Şəmkir Rayon Polis Şöbəsinə rayonun Kür qəsəbə sakini Anar Babayevin daxilə keçməyən bıçaq xəsarəti alması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən qardaşı, 1982-ci il təvəllüdlü Yaşar Babayev saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az