Bakıda zəncirvari qəza: 5 avtomobil toqquşdu

21:40 - 30 Noyabr 2022

Bakıda zəncirvari qəza: 5 avtomobil toqquşdu

Bakının Nərimanov rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az xəbər verir ki, hadisə Ziya Bhünyadov prospektində qeydə alınıb.

“KIA” markalı avtomobilin sürücüsü idarəetməni itirərək qəza törədib.

Nəticədə iki “Mercedes”, “Chevrolet” və “Toyota Prius” markalı avtomobillər toqquşub.

Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları gəlib.

Baş vermiş qəza nəticəsində nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az