Göygöldə intihar hadisəsi baş verib.
Manset.az xəbər verir ki, hadisə rayonun Balçılı kəndində baş verib.
Kənd sakini, 1949-cu il təvəllüdlü Abbasov Murtuz yaşadığı evdə özünü asaraq intihar edib.
Onun diabet xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.