Şəmkirdə iki avtomobil toqquşdu - Xəsarət alanlar var

22:59 - 09 Dekabr 2022

Şəmkirdə iki avtomobil toqquşdu - Xəsarət alanlar var

Şəmkirdə yol-hərəkət qaydalarına riayət etməyən sürücü qəzaya səbəb olub, xəsarət alanlar var.

 

Manset.az report-a istinadən xəbər verir ki, hadisə rayonun "Kraz yolu" adlanan ərazidə qeydə alınıb.

"VAZ" markalı avtomobilin digər minik avtomobillə toqquşması nəticəsində, 1992-ci il təvəllüdlü R.Kərimova və 1970-ci il təvəllüdlü Ə.Hümbətova müxtəlif bədən xəsarətləri alıb.

Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.

Hadisəyə səbəb sürücülərdən biri hərəkətdə olan zaman nəqliyyat vasitəsinin işıqlarını yandırmaması göstərilir.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az