Azərbaycanda ikimərtəbəli ev PARTLADI - VİDEO

12:06 - 10 Dekabr 2022

Azərbaycanda ikimərtəbəli ev PARTLADI - VİDEO

Xırdalanda yaşayış evində partlayış olub.

 

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Manset.az-a bildirilib ki, hadisə ötən gün sahəsi 160m² olan ikimərtəbəli dördotaqlı evdə baş verib. İlkin ehtimala görə, partlayışa səbəb qaz sızması olub. Partlayış dalğasının təsirindən evin 1-ci mərtəbəsində 1 otağın divarı uçub, pəncərələri qırılıb. Yanğın qeydə alınmayıb. Hadisə nəticəsində 2 nəfər xəsarət alıb. FHN qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az