Ağdaşda yaşayış evində yanğın baş verib.
Manset.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Ərəbocaq kəndində olub.
Belə ki, kənd sakini 1962-ci il təvəllüdlü Yusubova Ruhangiz Həsən qızına məxsus ümumi sahəsi 160 kv metr olan yaşayış evinin tavan hissəsinin 60 kv-i yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.