Aeroport yolunda QƏZA: Xəsarət alan var

13:29 - 11 Dekabr 2022

Aeroport yolunda QƏZA: Xəsarət alan var

Bakının Xəzər rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az “Report”a istinadən xəbər verir ki, aeroport yolunun Xəzər rayonu ərazisindən keçən hissəsində iki avtomobilin toqquşması nəticəsində sərnişin 1975-ci il təvəllüdlü Axundova Esmira Cəmil qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ ayağının sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az